“Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kapo Verde millisi Afrika Millətlər Kubokunda ilk oyuna çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, A qrupunda mübarizə aparan yığma Efiopiya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. P.Andrade sözügedən görüşdə iştirak edib. O, 76-cı dəqiqədə meydana daxil olub.
Efiopiya – Kapo Verde – 0:1
Qol: Tavares, 45+1