AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
İdmanxeber.az xəbər verir ki, Mehdiyeva qadınlardan ibarət Gürcüstan millisinin Slovakiya yığmasına qarşı keçirəcəyi dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.
Sentyabrınn 1-də Qori şəhərində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.