Misli Premyer Liqasının 15-ci turunun “Şamaxı” – “Kəpəz” matçının son dəqiqələrində gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşə əlavə olunmuş dəqiqələrində “Kəpəz”in futbolçusu Kantariya rəqib futbolçuya qarşı kobud oynayıb. Bundan sonra meydanda hər iki komanda üzvləri arasında gərginlik yaşanıb.