“Dinamo”da çıxış edən Mahir Emreli zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun belində ağrılar var. Bu səbəbdən baş məşqçi Ante Çaçiç Emrelinin məşqdə iştirak etməsinə icazə verməyib.
25 yaşlı futbolçunun ağrıları azalsa, ölkə çempionatının növbəti turunda “Lokomitva”ya qarşı oynaya biləcək.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından “Dinamo”da çıxış edir.