Millimizin AVRO-2024 seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi “Sabah”) adını iştirak ərizəsinə daxil etməyib.
Avstriya ilə oyunun (1:4) heyətində olmayan Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadə (“Zirə”) isə bu dəfə baş məşqçinin sərəncamında olacaq.
İsveç – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.