AVRO-2024-ün seçmə mərhələdi çərçivəsində İsveç Bakıda Azərbaycan millisinə.məğlub olub – 0:3.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Yanne Andersson qarşılaşma ilə bağlı bunları dedi:
“Dünən də mətbuat konfransında dedim ki, Azərbaycan millisi çox yaxşı komandadı. Azərbaycan oyunun əvvəlində rahat iki qol vurdu. Sonradan dönüş etmək çətin oldu. Bugünkü oyunda hər şey onların istədiyi kimi getdi. Təbrik edirəm”.
Andersson daha sonra Emin Mahmudovun baxımlı qolu haqqında danışıb:
“2017-ci ildə Fransaya qarşı oyunda mən 45-ci dəqiqədə belə qol vurmuşdum. Gözəl qol alındı”.