Millimiz AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib
İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gəlib. Görüş Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb – 3:0.
Bu nəticənin ardından millimiz İsveçlə bərabər 7 xalla 3-4-cü pilləni bölüşür.
Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
AVRO-2024, seçmə mərhələ
21:00. Azərbaycan – İsveç 3:0
Qol: Emin Mahmudov, 3, 89, Renat Dadaşov, 6
Baş hakim: Ester Ştaubli (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.