Ölkə futbolu

Rövnəq Abdullayev: “De Byazinin fatihəsin verincə…”

“Azərbaycan futbolu üçün önəmli oyunlardan biri oldu. Hər kəsi təbrik edirəm. Düşünürəm ki, bu qələbə artıq dönüş olacaq. Çempionat da maraqlı keçir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayev De Byazinin qalıb-qalmayacağı haqda suala belə cavab verdi:

“De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsin verincə, gəlin, motivasiya edək Belçikada da qələbə qazansın”. 

Rövnəq Abdullayev mart ayında baş tutacaq AFFA prezidenti seçkilərində yenidən federasiya rəhbəri olacağı ilə bağlı suala isə belə cavab verib: “Ona baxarıq, hələ o vaxta kimi yaşamaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43