“Bavariya”nın hücumçusu Tomas Müller gələn il Münhen komandası ilə müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunu buraxmaq istəmir və ona iş təklif etməyə hazırlaşır. Rəhbərlik almaniyalıya gənclərdən ibarət komandalardan birinin məşqçiliyini təklif edəcək.
34 yaşlı futbolçu 2007-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, Bundesliqada 469 oyun keçirib, 147 qol vurub və 204 məhsuldar ötürmə edib.