Dünya futbolu

Olmo nəhənglərin “radar”ında

Dani Olmo növbəti mövsüm “Leypziq”də olmaya bilər.

İdmanxeber.az məlumat verir ki, ispaniyalı oyunçunu “Barselona” və “Mançester Siti” transfer etmək istəyir. “Tottenhem” də oyunçuyla maraqlanan klublardan biridir.

Olmo bu mövsüm “Leypziq”in heyətində 22 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə 25 yaşlı futbolçunun dəyəri 50 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43