Dünya futbolu

Zidan “Bavariya”da işləmək istəmir

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan “Bavariya”ya rəhbərlik etmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl mətbuatda fransalı mütəxəssisin Münhen klubunun baş məşqçi postunu tuta biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Almaniya təmsilçisinin Zidanla əlaqə saxladığı bildirilsə də, deyilənlər təsdiqini tapmadı.

İddia edilir ki, Naqelsmann bu vəzifəyə əsas namizəddir. Mütəxəssis 2021-2023-cü illərdə “Bavariya”ya rəhbərlik edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43