Ölkə futbolu

Premyer Liqa: turu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun azarkeşlər tərəfindən ən çox maraq göstərilən matçı Sumqayıtda baş tutub. “Sumqayıt”la “Zirə” arasında qolsuz bərabərliklə sona çatan görüşü tribunalardan 4500 azarkeş izləyib.

Turun digər oyunlarında qeydə alınan azarkeş sayı belədir:

Qəbələ – Turan Tovuz – 1:2

Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Neftçi – Araz Naxçıvan – 3:0

 “Neftçi Arena”, 800 tamaşaçı

Səbail – Kəpəz – 3:3

 “ASCO Arena”, 900 tamaşaçı

Sabah – Qarabağ – 3:2

 “Bank Respublika Arena”, 3500 tamaşaçı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43