Dünya futbolu

Xavini meksikalı əvəz edə bilər

Xavinin “Barselona”dan ayrılacağı təqdirdə, baş məşqçi postuna kimin gətiriləcəyi məlum olub.

İdmanxeber.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubunun sabiq müdafiəçisi, hazırda “Barsa”nın gənclər komandasında çalışan Rafael Markes baş məşqçisi postuna dəvət ediləcək.

Bununla belə, klub rəhbərliyi hələ də Xavini komandada qalmağa razı salacağına ümid edir.

44 yaşlı mütəxəssis 2021-ci ildə “Barselona”nın B komandasına baş məşqçi təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43