Dünyadan

“Adanaspor”un baş məşqçisindən Reynaldo açıqlaması

Türkiyə Superliqasında mübarizə aparan “Adanaspor” klubunun baş məşqçisi Levent Şahin “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldonu transfer etmək istədiklərini təsdiq edib.

İdmanxeber.com-un məlumatına görə, yerli mətbuata danışan mütəxəssis bu keçidi həll etmək üçün danışıqlar apardıqlarını deyib.

Çalışdırıcı bildirib ki, Reynaldonun transferi alınmazsa, başqa hücumçu axtaracaqlar:

“Bizə bir hücumçu lazımdır. Reynaldo siyahıda olan adlardan biridir. Bu transferi rəhbərlik həll etmək istəyir. Amma hələ heç nə dəqiqləşməyib”.

Qeyd edək ki, “Adanaspor”un Ağdam klubuna braziliyalı oyunçu üçün təklif göndərdiyi bildirilib.

Xatırladaq ki, “Adanaspor” ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43