Ölkə futbolu

AFFA “Böyük oyun”a böyük cəzalar kəsdi: Mahir Şükürov tərbiyəsizliyinin, Tahir Süleymanov isə danışığının badına getdi – CƏZALAR

AFFA nizam-intizam komitəsi “Böyük oyun”la bağlı cəzaları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Qırmızı vərəqə alan Tərlan Quliyev bir + 200 manat cərimə, Karlos Kardozo isə 4 oyunluq + 4000 min manat cəza ilə “mükafatlandırılıb”.

 “Neftçi” klubunun digər meydandan qovulan üzvü 16 №-li futbolçusu Bruno Bertuççi də aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılaraq klub 4000 manat cərimə olunub.

İK “Xəzər Lənkəran”ın gənc hücumçusu Ağabala Ramazanovu isə rəqibə qarşı təhqiredici jestə görə 3 oyunluq cəzalandırıb. Klub isə 2000 manat cərimə olunub.

Oyunda “Neftçi” klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.

Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırmışdır. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etsin.

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43