Kateqoriyasız

AFFA cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasın qərarları milli assosiasiyanın saytında dərc olunub.

Premyer Liqanın XIV turunun “Zirə”  – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnib. Həmin matçda “Zirə” və “Qəbələ”nin hər birindəb dörd futbolçu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunub.

Premyer Liqanın XIV turunun “Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Premyer Liqanın XIV turunun “Keşlə” – “Sumqayıt” matçının 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43