Kateqoriyasız

“Qarabağ” – “Səbail” matçına təyinatlar açıqlandı

Azərbaycan Premyer Liqasında növbəti təyinatlar açıqlanıb.

V turdan təxirə salınan “Qarabağ” – “Səbail” görüşünün hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.

Ağdam təmsilçisinin ev oyunu “Azərsun Arena”da baş tutacaq. Matçı Elçin Məsiyev idarə edəcək.

28 yanvar

16:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43