Milli komanda

AFFA-da toplantı: Rövnəq Abdullayev millinin futbolçularına tapşırıqlarını verdi – FOTOLAR

AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüş keçirib.

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, R.Abdullayev sentyabrın 9-da Avro-2016-nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, AFFA rəhbərliyi ilə milli komandanın üzvləri arasında keçirilən görüşdə bir maraqlı məqam da diqqət çəkib.  ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qolu qırıldığı üzə çıxıb.

Xatırladaq ki, sentyabrın 9-da, saat 21:00-da, 8-ci km. qəsəbəsi stadionunda Bolqarıstan yığması ilə Avro-2016-nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadır.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43