Kateqoriyasız

AFFA daha iki milli komanda yaradır

Azərbaycanın aşağı yaş qrupları üzrə daha iki milli komandası yaradılacaq. İdmanxeber.com-un məlumatına görə, bu barədə Qol.Az-a müsahibəsində AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda U-18 və U-20 yığmaları yaradılacaq. V.Sadıqovun sözlərinə görə, U-19 və U-21 millilərimizə ən yaxın ehtiyat qüvvəsi yaratmaq üçün bu addım atılacaq: “Biz istəyirik ki, bütün yaş qrupunda olan futbolçular nəzarətdə olsunlar. Buna görə də təklif etdik ki, U-18 və U-20 yığma komandalarımız da olsun. Bu təklif AFFA tərəfindən müsbət qarşılandı. Bütün yaş qruplarından olan futbolçular mütləq AFFA və Məşqçilər Komitəsinin nəzarəti altında olmalıdır. Bizim ən böyük problemimiz odur ki, aşağı yaş qruplarından olan komandalarımız pərakəndə çalışırlar. Biz vahid bir sistem yaratmaq istəyirik. Bununla da A milli komandamıza ehtiyyat qüvvə hazırlaya bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43