Ölkə futbolu

“Xəzər Lənkəran” 3 futbolçu transfer edir: Mali – Qana – Portuqaliya marşurutu üzrə – ÖZƏL

Yeni mövsümə indidən hazırlıq görən "Xəzər Lənkəran" rəhbərliyi transfer çalışmalarına da başlayıb.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Cənub komandası "Neftçi"ylə oyunu gözləyir. Belə ki, "Böyük oyun"dan sonra klubun direktoru Yunis Hüseynov, eləcə də tərcüməçi Elvar Quliyev və futbolçulardan Sadio Tounkara Maliyə səfər edəcəklər. Afrikada 23 yaşlılar arasında keçiriləcək çempionatın matçlarını izləyəcək Yunis Hüseynov onlara təklif olunan iki futbolçunu da iş başında görəcək. 

Bundan sonra isə səfər Qanaya olacaq. Məhz iki gənc afrikalı futbolçunu iş başında görəcək Hüseynov onların komandaya cəlb olunub-olunmamasına qərar verəcək.

Cənub komandası Afrikadan cinah oyunçuları transfer etməyi planlaşdırır. 

Lənkəran təmsilçisi Avropadan da transfer həyata keçirəcək. "Xəzər Lənkəran" Portuqaliyadan bir yarımmüdafiəçi heyətinə qatmağı planlaşdırır ki, sözügedən futbolçu da artıq məlumdu. Sadəcə ad açıqlanmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43