Ölkə futbolu

AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İİntizam Komitəsi Premyer Liqada çıxış edən klubların əvəzedici komandalarına və birinci divizonda şıxış edən klubları da cəzasız buraxmayıb. .

İdmanxeber.com həmin cəzalarla sizi tanış edir:

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 76-cı dəqiqəsində “Bakı” klubunun 38 №-li futbolçusu Tural Qürbətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

“Energetik” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).

“Şahdağ” – “Göyəzən” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

08 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şüşa” – “Turan-T” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 87-ci dəqiqəsində “Şuşa” klubunun 20 №-li futbolçusu Məhəmməd Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Matçın 90+1-ci dəqiqəsində “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4, maddə 10.3).

MOİK – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Matçın 82-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

Oyunun 90+2-ci dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 “Bakılı” – “Araz-Naxçıvan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

“Ağsu” – “Neftçala” matçında “Neftçala” klubunun 6, “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43