İdman

AFFA I Divizion klubuna texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi birinci divizion təmsilçisi “Mil-Muğan”a texniki məğlubiyyət verib.

Idmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna 15-ci turda “Zaqatala”ya qarşı matçda komandanın heyətində adı protokola qeyd olunmamış futbolçunun iştirakı səbəb olub. “Mil-Muğan”a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.

Qeyd edək ki, “Zaqatala” – “Mil-Muğan” görüşü birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43