İdman

AFFA “Zirə”ni yenə cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Idmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərar qəbul edilib:

Topaz Premyer Liqasının 17-ci turunun “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43