Ölkə futbolu

AFFA-nın milliyə gətirə bilmədiyi futbolçu “Hoffenhaym”da

“Malmö”nün yarımmüdafiəçisi Jiloan Hamadı "Hoffenhaym”a keçib.

22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, yalnız yanvardan sonra alman klubunda oynaya biləcək. “Malmö”də gözəl oyunu ilə diqqət çəkən Hamad İsveç millisində top qovur.  Bakıda anadan olan futbolçunun bir vaxtlar millimizdə oynamaq ehtimalı var idi. Lakin AFFA futbolçunu razı sala bilməmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43