Ölkə futbolu

“Böyük oyun”un biletləri satışa çıxarılır: qiymətləri açıqlandı

Premyer Liqanın XII turunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri sabahdan satışa çıxarılacaq

Ev sahibi klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, biletləri sabah saat 14:00-dan matçın başlayacağı saatadək “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. VİP yerlər üçün biletlərin qiyməti 5, digər yerlər üçün isə 1 manatdır.

Qeyd edək ki, noyabrın 2-də “Bakcell Arena” keçiriləcək oyun saat 19:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43