Ölkə futbolu

AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43