“Kəpəz” Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” oyununa hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, komandanın aparıcı üzvlərindən Giorgi Papunaşvili zədəsini sağaldıb. O, baş məşqçi Adil Şükürovun şans verəcəyi təqdirdə, növbəti görüşdə meydanda olacaq.
Xatırladaq ki, qarşılaşma aprelin 5-də, Bakıda baş tutacaq.