Kateqoriyasız

AFFA rəsmən açıqladı: İtaliyalı futbolçu milliləşdirilir

AFFA “Keşlə”nin futbolçusu Sezar Meza Kollini milliləşdirməyi qərara alıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Paraqvay əsilli italiyalı yarımmüdafiəçinin FIFA-nın müvafiq qaydaları əsasında Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulub.

28 yaşlı oyunçu Azərbaycanda fasilələrlə 2013-cü ildən çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43