Ölkə futbolu

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

 AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, E.Məmmədov ÇSKA Moskva (Rusiya) – “Bayer Leverkuzen” (Almaniya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Noyabrın 22-də Moskvada ÇSKA Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43