Milli komanda

AFFA Şimali İrlandiya ilə oyundan nə qədər qazandı?

AFFA iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Şimali İrlandiya oyunundan əldə edilən gəliri açıqlayıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın bilet  və Skybox satışından ƏDV daxil olmaqla 91 min 165 AZN gəlir əldə edilib.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43