Dünya futbolu

“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” daha bir futbolçunun transferini həll edib.

“Dinamo Kiyev”in yarımmüdafiəçisiYunes Belhanda İstanbul klubu ilə razılığa gəlib. “Cim bom” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

Kiyev klubu transferdən 6 milyon avro qazanacaq. Mərakeşli havbek baş məşqçi İqor Tudorun öz oyun sxeminə uyğun gördüyü futbolçulardandır. Onun həftə sonu İstanbula gəlməsi və tibbi müayinədən keçməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43