Kateqoriyasız

AFFA transfer qadağasını rəsmiləşdirdi

Bu gün AFFA İntizam komitəsinin növbəti iclası keçirilib. 

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı məsələ müzakirə olunub və qərar qəbul edilib.

Peşəkar Futbol Liqası  İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların (“Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib. 
Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da  İntizam Komitəsinə müraciət edib. Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı  İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edir:

– yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
– hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).
– borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43