Ölkə futbolu

AFFA ukraynalı məşqçinin cəzasını azaltdı

“Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
 Topaz Premyer Liqasının V turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt”-nın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. “Sumqayıt”-nın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43