Ölkə futbolu

AFFA “Xəzər Lənkəran”ın pulunu verdi

“Xəzər Lənkəran” klubunun yaranan borc öhdəlikləri ilə əlaqədar AFFA-nın UEFA-ya yönəltdiyi sorğuya cavab gəlib.

İdmanxeber.com-un məlumatına görə, sorğu əsasında alınan məlumata görə, 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 104.00 avro (Əlli bir min yüz dörd avro) maliyyə vəsaiti müvafiq qaydada “Xəzər Lənkəran” klubunun hesabına köçürülməlidir.  

Vəsait bu gün AFFA tərəfindən “Xəzər Lənkəran” klubunun hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43