Ölkə futbolu

Aftandil Hacıyev: “Həmin epizodda hakim özü belə şübhəli idi”

Topaz Premyer Liqasının XII turuna yekun vurulur

İdmanxeber.az-ın məlumatına görə, TPL-nın XII turunda “Səbail” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunun ardından ev dahibi koamndanın baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

“İlk hissə daha sürətli oyun oldu. Hər iki komanda daha çox aktiv oynadı. Bu oyun ən azı 4-5 qol imkanımız oldu. Ancaq səhvlərdən yenə qol buraxıdq. İkinci hissə isə daha hücumda başlamaq istədik. Qapımızda penalti görən kimi hər şey daha fərqli oldu. Və təbii ki, ondan sonra oyunu çevirmək çox çətin idi. Rəqibi təbrik edirik”

-Həm hakimlər, həm biz səhvlərdən nəticə çıxaracayıq dediniz. Hakimdən narazısınız ?

-Mən oyunçularımdan razı qaldım. Hakimin səhvlər haqqında hansısa qərar vermək istəmirəm. O epizodda hakim özü belə şübhəli idi. Təmkinin epizodu daha çox penaltiyə bənzəyirdi.

Oyundan sonra yan xətt hakiminə oyunçularınız kəskin etiraz etdi. Hətta yan xətt hakimi oyunçunuz həmin epizodda baş hakimi 3 dəfə çağırsam da, cavab vermədi deyə bildirib

-Yan xətti hakimi baş hakimi 3 dəfə çağırıb, xəbərdarlıq etmək istəyib Ancaq o, baxmayıb. Nəzərə alsaq ki, oyunçular da öz əməklərinin qarşılığını tələb edirlər.

-Zədəlilər barədə nə deyə bilərsiniz ?

-Mövsümə başlayandan zədəli oyunçular olur. Süni örtükdən təbii meydançaya keçmək bizim üçün çox çətin oldu. Ağabalanın zədəsi düzəlmişdi. Ancaq yenidən bərpa oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43