Kateqoriyasız

Ailton “Qarabağ”dan gedir?

“Qarabağ”ın müdafiəçisi Ailton komandanı tərk edəcək. Belə iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib.

Bildirilir ki, Azərbaycan klubunun braziliyalını transfer edəcəyi inandırıcı deyil. Mənbənin məlumatına görə, “Qarabağ” braziliyalı üçün “Ştutqart”a 1,5 milyon avro ödəməyəcək.

Ailton Ferreyra mövsümdən icarə əsasında Azərbaycan çempionunda çıxış edir. O, müqavilə ilə “Ştutqart”a məxsusdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43