Dünya futbolu

Alleqrini sabiq “Yuventus”lu əvəz edə bilər

“Yuventus” mövsüm başa çatmadan Massimiliano Alleqriylə yolları ayıra bilər.

İdmanxeber.az məlumat verir ki, “qoca sinyora” 56 yaşlı mütəxəssisi qovsa, onu U-19-un baş məşqçisi Paulo Montero əvəz edə bilər. Montero futbolçu kimi 1996-2005-ci illər arasında Turin klubunda çıxış edib.

52 yaşlı uruqvaylı 2022-ci ildən bəri “Yuventus” U-19-da çalışır. 

“Yuventus” A Seriyasında son 9 oyunda cəmi 1 qələbə qazana bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43