Azərbaycan Kubokunda ilk yarımfinal görüşləri başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, bu gün keçirilən oyunda “Zirə” “Qəbələ”ni qəbul edib. Görüş “Zirə”nin qələbəsiylə başa çatıb – 2:1. Cavab qarşılaşması aprelin 23-ü Qəbələdə oynanılacaq.
3 aprel (çərşənbə)
19:00 “Zirə” – “Qəbələ” 2:1
Qollar: Salifu Suma, 51, Rafael Utziq, 66 – Feras Abu Akal, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu