İdman

Almaniya – Azərbaycan matçına biletlərin qiyməti aşağı düşdü

DÇ-2018-in seçmə mərhələsinin oyunları çərçivəsində baş tutacaq Almaniya – Azərbaycan matçının bilet qiymətində dəyişikliklər edilib.

İdmanxeber.com-un məlumatına görə,  4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanları 18, 80 avroya satılan biletlərin dəyəri isə 60 avroya enib. 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala biləcəklər.

Qeyd edək ki,  “Fritz-Valter” stadionunda keçiriləcək Almaniya – Azərbaycan oyunu oktyabrın 8-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43