İdman

Bakı Olimpiya Stadionu ÇL-nın finalına ev sahibliyi etməyə çox yaxındı

UEFA Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının hansı stadionda oynanılacağı sabah məlum olacaq.

İdmanxeber.com-un məlumatına görə, qitənin ın nüfuzlu klub turnirinin həəlledici qarşılaşması paytaxtımızda keçirilə bilər. Final matçına ev sahibliyi etməyə namiz olan olan "Vanda Meropolitano" arenasının UEFA-nın tələblərinə tam olaraq cavab verməməsi Bakı Olimpiya Stadionunun şanslarını artırıb. Belə ki, Madrid şəhərində yer alan stadionun VİP tutumu 7000-ə bərabərdi ki, bu da yetərli hesba olunmur.  Bundan başqa, stadionətrafı ərazinin elə də böyük olmaması, qonaqların qəbulu zamanı problemlər ortaya çıxara bilər.

Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalını İspaniya paytaxtından uzaqlaşdırıb. Nəticədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.
Həmkarlarımızın iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43