“Borussiya” yarımmüdafiəçi Kell-Arik Vetyenlə yeni müqavilə imzaladığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı almanla sözləşmə 2028-ci ilə qədərdir.
Bu mövsüm o, “Borussiya”nın gənclər komandasının heyətində 27 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.