Kateqoriyasız

Almaniya xal itirdi, Portuqaliya və Rumıniya qələbə qazandı

Bu gün “Avro-2016”nın seçmə mərhələsində III turun növbəti oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, D, F və İ qruplarında 8 qarşılaşma baş tutmalı idi. Ancaq Serbiya – Albaniya milliləri arasında başlayan matç yarımçıq dayandırılıb.

Son dünya çempionu Almaniya öz meydanında İrlandiyanı məğlub edə bilməyib. Portuqlaiya isə Danimarkanı çətinliklə yenib.

14 oktyabr

“Avro-2016”nın seçmə mərhələsi

D qrupu

23:45. Cəbəllütariq – Gürcüstan – 0:3 
Qollar: 
Gelaşvili, 9 (0:1), Okriaşvili, 19 (0:2), Kankava, 69 (0:3)
23:45.  Almaniya – İrlandiya – 1:1
Qol: 
Kros, 71 (1:0), Oşea, 90+4 (1:1)
23:45. Polşa – Şotlandiya – 2:2 
Qollar: 
Maczunski, 12 (1:0), Maloney, 18 (1:1), Naismiz, 57 (1:2), Milik, 76 (2:2)

F qrupu

23:45. Finlandiya – Rumıniya – 0:2
 Qollar: 
Stanku, 54 (0:1), 84 (0:2)

23:45. Yunanıstan – Şimali İrlandiya – 0:2 
Qol: 
Vard, 9 (0:1), Lafetti, 51 (0:2)
23:45. Farer adaları – Macarıstan – 0:1 
Qol: Szalai, 21 (0:1)

İ qrupu

23:45. Serbiya – Albaniya – 0:0 (yarımçıq dayandırılıb)

23:45. Danimarka – Portuqaliya – 0:1
Qol: 
Ronaldo, 90+5-pen. (1:0)









İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43