Kateqoriyasız

Belqradda şok: “Avro-2016” matçında aləm bir-birinə dəydi – FOTOLAR+VİDEO

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya – Albaniya matçı qalmaqalla yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb qonaq stadiona helikopterlə Böyük Albaniya bayrağının endirilməsi səbəb olub.

Bundan hiddətlənən meydan sahiblərinin futbolçusu Mitroviç tullanaraq bayrağı yerə sərib. Nəticədə hər iki komanda üzvləri arasında xoşagəlməz hadisə yaşanıb. 

Matçı idarə edən ingiltərəli Atkinson qarşılaşmanı yarımçıq dayandırmalı olub. 

Qeyd edək ki, FIFA-nın qadağasına görə bu iki komanda arasında keçirilən matçlarda qonaq azarkeşlər stadiona buraxılmırlar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43