Ölkə futbolu

Almeyda 250-yə çatdı

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turuna təsadüf edib.

Braziliya futbolunun yetirməsi “Qəbələ” ilə ev oyununun 86-cı dəqiqəsində meydana daxil olub. Ağdam klubu bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin üzvü Premyer Liqada 2012/2013 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.

O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43