Dünyadan

Altıntop “Qalatasaray”dan ayrıldı

“Qalatasaray” klubu yarımmüdafiəçisi Hami Altıntopla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, “Tuzlaspor”la matçdan sona rəhbərliklə müzakirələr aparan futbolçu müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Bu barədə açıqlama verən futbolçu: “Bu gün anladım ki, mən artıq “Qalatasray” səviyyəsində olan bir klubda nə oynaya biləcək, nə də kömək edə biləcək gücdə deyiləm. Bu komandaya kömək etməyi, formasını geyinməyi çox istəyirəm. Mövsümün əvvəlindən böyük fədakarlıqla əlimdən gələn hər şeyi edirdim. Amma indi anladım ki, “Qalatasaray”a faydalı ola bilmərəm. Ayrılmaq istəyirəm”, – deyə fikir bildirib.

Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Bavariya” və “Real” kimi klublarda forma geyən futbolçu 2012-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43