Dünyadan

Obi Mikel “Valensiya”da

“Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikel karyerasını “Valensiya”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Afrikanın  “Own Goal Nigeria” portalı məlumat yayıb.

Məlumata görə, Nigeriya millisinin üzvü ilə “Valensiya” arasında ilkin razılıq əldə olunub. Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Mikel “Valensiya”ya azad agent statusunda keçir. Lakin İspaniya klubu “Çelsi”yə cüzi miqdarda kompensasiya ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43