Dünya futbolu

Amrabat “Mançester Yunayted”ə keçməyə yaxındır

“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat “Mançester Yunayted”ə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu mövsümün sonuna qədər oyunçunu “qırmızı şeytanlar”a buraxmağa razıdır. Klublar hazırda futbolçunun alınmasının məbləğini müzakirə edir.

Amrabat 2020-ci ildən “Fiorentina”da çıxış edir. 2022/23 mövsümündə futbolçu bütün yarışlarda 49 oyun keçirib, 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43