Ölkə futbolu

Avropa Liqası: “Qarabağ”ın qrupdakı rəqibləri bəlli oldu – YENİLƏNİB

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, Monako şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Püşkatmada təmsilçimizin də turnirdəki rəqibləri bəlli olub:

“Qarabağ” H qrupunda yer alıb..

1. “Bayer” (Almaniya)

2. “Qarabağ”

3. “Molde” (Norveç)

4. “Haken” (İsveç)

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43