Ölkə futbolu

Antonetti: “Super, sadəcə, bravo”

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Qəbələ” doöma meydanda “Lill”i qəbul edib.

Qarşılaşma “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Matçdan sonra qonaqların çalışdırıcısı Frederiko Antonetti jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan sonraki hissləriniz…

– Hər iki klubun futbolçuları layiqli oynadı. Hər şey yüksk səviyyədə idi. Lakin, bu bir oyundu. Məğlubiyyəti də qəbul etmək lazımdı. Sadəcə, təssüf edirəm.

– Bu məğlubiyyəti gözləyirdinizmi?

– “Qəbələ” ilə Fransada çəti oyun olmuşdu. Bu oyundan sonra “Qəbələ”nin nəyə nail olduğunu bildik. Rəqib buna layiq idi və çox gözəl futbolçuları var.

– “Qəbələ”nin oyunu necə qiymətləndirirsiz?

– Super. Sadəcə, Bravo!

– Buna qədər heç bir Azərbaycan klubu Fransa komandasına qalib gəlməmişdi. Püşkatmadan sonra rəqibin “Qəbələ” olmasından sonra nə düşünürdünüz, bu nəticədən sonra nə düşünürsüz?

– Biz “Qəbələ”nin əvvəlki oyunlarını izləmişdik. Öyrəndik ki, güclü futbolçuları var. Bu gün də “Qəbələ” qazandığı nailiyyətə layiqli oyun oynadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43