Ölkə futbolu

Qriqorçukdan qələbə şərhi: “Minlərlə insanı qələbə arzusunda gördüm”

“Bizim üçün vacib oyun idi. Stadionda çox gözəl, mehriban atmosfer hiss etdim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib. 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qriqorçuk qələbəni şərh edib: “Bu gün stadionda insanlarda qələbə arzusunu görürdüm. Stadiona gəlib bizə səmimi dəstək olan azarkeşləri sevindirmək istədik. Bu cür qələbələr bütün həyatın boyu yadda qalır. Sizinlə 15-20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq. Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43